Yuxarı

Səməd Seyidovun rəhbəri olduğu mərkəz bağlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səməd Seyidovun rəhbəri olduğu mərkəz bağlandı

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbəri olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə probleminin yaranması olub. Mərkəz insan psixikası, davranış, psixodiaqnostika, təlim və müalicə sahəsində ödənişli əsaslarla fəaliyət göstərib.

Pandemiya dövründə ölkədə qapanmaların olması səbəbindən qurumda ciddi maliyyə problemləri yaranıb. Nəticədə əksər əməkdaşlar, psixoloqlar bu təşkilatla yollarını ayırıb.

Məsələ ilə bağlı açıqlama verən Səməd Seyidov Siyasi Psixologiya Mərkəzinin bağlandığını dolayısı ilə təsdiq edib:

"Vallah pandemiya dövründə ölkədə heç bir mərkəz normal işləyə bilməzdi”.

Qeyd edək ki, Səməd Seyidov 2016-cı ildə Siyasi Psixologiya Mərkəzini təsis edib.

Tarix
2021.09.18 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

Böyük Britaniya səfiri Azərbaycanı tərk edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla