Yuxarı

Elman Mehdiyev: “1,3 milyon adam…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elman Mehdiyev: “1,3 milyon adam…”

Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətlərindən istifadə sayı 2,6 dəfə artıb.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Prezident İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının əhəmiyyətindən bəhs edərkən bildirib.

Onun sözlərinə görə, ötən dövrdə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi məqsədilə çoxsaylı mərkəzi və regional təqdimatların keçirilərək, elektron xidmətlər mövzusunda xüsusi reklam çarxı hazırlanıb və telekanallarda yayımlanıb:

"2015-ci ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fondunun öz saytı, "Elektron hökumət portalı" və "Elektron ödəniş portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 milyon 300 minə yaxın istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2,6 dəfə artıq olmaqla, keçən ilin illik göstəricisi səviyyəsindədir. Azərbaycanın sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun avtomatlaşdırılmış infrastruktur və texnoloji baza qurulmaqla, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində bütün mövcud proseslərin elektronlaşdırılması təmin edilib. Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə göstərilən xidmətlərin innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsi işinin uğurla davam etdirilməsi nəticəsində "Elektron hökumət" portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırma nəticəsində Azərbaycan "Doing Business 2015" hesabatında 32 pillə irəliləyib".

Tarix
2015.07.23 / 14:13
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla