Yuxarı

Bakıda maşınları əzib polisdən qaçan şəxs həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda maşınları əzib polisdən qaçan şəxs həbs edildi

Bakıda maşınları əzərək polisdən qaçan Kamran Cəbrayılzadənin barəsində həbs qətimkan tədbiri seçilib.

Axar.az xəbər verir ki, bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, Kamran Cəbrayılzadənin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sentyabrın 24-də paytaxtda “Volksvagen” markalı avtomobilin sürücüsü 1993-cü il təvəllüdlü K.Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdlə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10 yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib.

Davamlı olaraq, avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan avtomobil həyata keçirilən təxirəsalınmaz tədbirlərlə və vətəndaşların əməli köməkliyi ilə saxlanılması təmin olunub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, K.Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

Tarix
2021.09.28 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin ardınca Paşinyan da BƏƏ-yə gedəcək

Azərbaycanda bu deputatlara yeni vəzifə verildi

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Xalq artistinin oğlu döyüldü, daha 2 nəfər saxlanıldı

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski

İlham Əliyev BƏƏ-yə getdi - Video

Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla