Yuxarı

Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi

Ağcabədi rayon Minəxorlu kənd bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Axar.az xəbər verir ki, bu barədə Ağcabədi rayon prokurorluğu məlumat yayıb.

İbtidai istintaqla müəyyən edilib ki, Minəxorlu kənd bələdiyyəsinin sabiq sədri Ədalət Mənsimov işlədiyi müddətdə öz qulluq mövqeyindən tamah niyyətilə istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib 5 min 839 manat məbləğində bələdiyyə vəsaitini bələdiyyənin hesabından məxaric edib mənimsəmiş, bələdiyyə torpaqlarının ayrı-ayrı şəxslərin istifadəsində qalmasına qanunsuz şərait yaratmaq məqsədilə həmin torpaq sahələri üzrə hərrac müsabiqəsi nəticəsində müəyyən olunmuş icarə haqqı qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı salınmasına dair məsələni heç bir hüquqi əsas olmadan bələdiyyə üzvlərinin müzakirəsinə çıxararaq buna dair qərar qəbul olunmasına nail olmaqla hərrac müsabiqəsi ilə müəyyən edilmiş icarə haqqının bir neçə il ərzində bələdiyyə xəzinəsindən kənarda qalmasına səbəb olaraq bələdiyyənin qanunla qorunan mənafeyinə 80 min manat məbləğində maddi zərər vurmuş, həmçinin ayrı-ayrı şəxslərin istifadəsinə bələdiyyə torpaqlarının veriləcəyi ilə bağlı yalan vədlər verərək onlardan ümumilikdə 7 min 500 manat məbləğində pul alaraq dələduzluq edib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Ədalət Mənsimov Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq törədildikdə), 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Tarix
2021.10.21 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq

İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi

Tramp Əliyev haqda: Onunla düşmən olmaq... - Video

Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video

Həm İran, həm də Rusiya ilə əlaqələr... - Mustafayev

Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi

Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı

MSK toplanır: Bu deputatın mandatına xitam verilir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla