Yuxarı

Sürücülük vəsiqəsi ilə bağlı rüsumlar da artırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar qaldırılır.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır.

Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşir.

Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir. Əvvəl bu məbləğ 5 manat idi.

Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif edilir.

Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılır.

Qanuna təklif edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün 12 manat rüsum müəyyənləşir.

Tarix
2021.11.01 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail Tehrana 60 qırıcı ilə hücum etdi

Diplomatlar Laçında səfərdədir

Bu ölkə konsulluq xidmətini Tehrandan Bakıya göndərir

Xameneiyə sui-qəsd İsrailə baha başa gələr - 3 səbəb

İlham Əliyevin Türkiyəyə səfərindən görüntülər - Video

600 vətəndaşımız İrandan keçid üçün müraciət etdi

Tehran dəyərləndirdi: Netanyahu uğur qazandı, amma…

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi - Foto

İsrail rejimi dəyişmək istəyir: Bəs, İrandan nə “düzəldəcəklər”?

Paşinyanın Rusiyaya bu sözü Solovyovu dəli elədi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla