Yuxarı

Yeni ilin ilk günündə damarlarını kəsən gənc qız - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İntihar hadisələrinin aktual olduğu bu günlərdə intihara cəhd etmiş 19 yaşlı bir qızla söhbətimizi təqdim edirik O, bu il yanvarın 2-si gecə yaşadığı mənzildə damarlarını kəsərək intihara cəhd edib.

Adilə Nağıyeva 1994-cü ildə Yevlax rayonunda doğulub. Valideynləri Yevlaxda ailə həyatı qurduqdan sonra Bakıya köçüblər. Adilə ailənin böyük övladıdır. Ondan bir il sonra qardaşı dünyaya gəlib. Bakıda yaşadıqları ilk illər maddi vəziyyətləri çox yaxşı olub. Adilə bunları ona nənəsinin danışdığını deyir. Daha sonra vəziyyət getdikcə pisləşməyə doğru gedib.

Atadan başlayan faciə

Belə olduqda Adilənin atası Natiq yoldaşı və iki körpə uşağını Yevlaxa göndərib. Söz verib ki, maddi vəziyyət düzəldikdən sonra onları geri qaytaracaq. 1998-ci il iyunu, Adilənin dördüncü doğum günündə atadan zəng gözləsələr də, səs çıxmayıb. Natiqdən xeyli müddət xəbər almamaları, üstəlik də ad günündə zəng etməməsi ailəni narahat edib. Adilənin nənəsi Natiqin Yevlaxdan olan və Bakıda işləyən dostuna zəng vuraraq onu tapmasını xahiş edib. Dostu Natiqlə əlaqə yarada bilmədiyi üçün polisə müraciət edib.


Bir müddət keçdikdən sonra polis Natiqi evdə asılmış vəziyyətdə tapıb. Adilə deyir ki, atasının əmilərinə və başqa tanışlarına borcu olub. İşləri heç cür yoluna qoya bilməyib və çıxış yolunu özünü öldürməkdə görüb. Natiqin ölümü onun hamilə olan yoldaşını sarsıdıb. Atasının Yevlaxda torpağa tapşırılmasından bir müddət sonra 1998-ci il sentyabrında Adilənin əkiz qardaşları dünyaya gəlib.

Bəla bəla ardınca

Oktyabrın 1-də isə Adilənin anası İlahə özünü asaraq intihar edib. Adilə həmin günləri belə xatırlayır: "Anam bazara gedəcəyini deyib, bizi evdə qoydu. Bayıra çıxmayaq deyə, qapını bağlamışdı. Axşama yaxın nənəm gəlib qapını açdı. Anam özünü həyətdə ağacdan asmışdı".

Valideynlərinin intihar etməsindən sonra Adilə və üç qardaşı 2 il ana nənəsinin himayəsində yaşayıb. Ona və kiçik qardaşlarına xalası baxırmış. 2000-ci ildə nənəsi Adilə və qardaşlarını Bakıda SOS uşaq kəndinə yerləşdirib. Adilə həmin günü yaxşı xatırladığını, çox ağladığını deyir:

"Ancaq nə nənəmi, nə də xalamı günahlandırıram. Xalam bizə görə nişanını qaytardı, əkizlər böyüyənə qədər onlara baxdı. Onların da öz həyatı var. Bizə baxmağa məcbur deyildilər".

SOS-da keçən günlər

Adilədən SOS-da keçirdiyi günlər haqqında soruşduqda həmin günləri həyatının ən maraqlı günləri olduğunu deyir:

"Oyun oynayırdıq, rəqsə gedirdik. Maraqlı idi. Nənəm ara-bir bizə dəyməyə gəlirdi. Biz böyüdükcə nənəm gec-gec gəlməyə başladı. Bayramlarda rayona onları ziyarətə gedirdim. Bu yeni il onlardan ayrı keçirdiyim ilk yeni ildir".

Faciənin kulminasiyası

Adilə 2010-cu ildə Bakı Texniki Kollecinin Neft və Qaz yataqlarının istismarı fakültəsinə daxil olub. Ötən il kolleci bitirib və elə o ilin avqustunda SOS uşaq kəndini tərk edib. Müstəqil yaşamağa, işləməyə başlayıb.

Nəhayət, söhbəti gətiririk həmin günə. Yəni Adilənin intihara cəhd etdiyi, damarlarını kəsdiyi tarixə. Yanvarın 1-dən 2-nə keçən gecə.

- Həmin gün nə baş vermişdi?

- Xüsusi heç nə baş verməmişdi. Evdə xeyli adam var idi. Dost-tanış gəlmişdi. Belə desək, yeni il sonrası məclis idi. Sadəcə, bəzən çoxlu adamı bir yerdə görəndə problemlərim yadıma düşür. Əhvalım yaxşı deyildi.

- Yadına nə düşmüşdü?

- Bu yaxınlarda qardaşıma zəng eləyib siqaret çəkdiyimi dedim. Ona görə dedim ki, başqasından yox, elə özümdən eşitsin. Cavabında mənə dedi ki, sən adda bacım yoxdur. Mən də dedim, yaxşı.

Problemlər çoxdur. Qardaşlarım tez-tez bölməyə düşür. Gah onu döyürlər, gah bunu.

Qısası, həmin axşam uşaqlarla otura bilmədim. Gedib yatdım. Yuxudan duranda evdə heç kim yox idi. Həmin an içimdəki boşluğun sanki daha da böyüdüyünü hiss etdim. Tualetə girib araq şüşəsini görəndə beynimdən damarlarımı kəsmək keçdi. Əslində, heç vaxt özümə ziyan yetirmək kimi bir fikrim olmayıb. Hər zaman özümü qorumuşam. Ancaq həmin vaxt mən, mən deyildim. O Adilə, indi danışan Adilə deyildi. Şüşəni sındırdım. Əvvəl sağ qolumdan başladım. Ağrı hiss eləmirdim. Ümumiyyətlə, heç nə hiss etmirdim. Sağı bitirdikdən sonra, sola keçdim. Ancaq artıq haldan düşmüşdüm. Ona görə sol qolumu yaxşı kəsə bilmədim.

Xoşbəxtlikdən Adilə damarlarını kəsəndən az sonra ev yoldaşı gəlir. Və onu təcili xəstəxanaya çatdırır. Həkimlərin səyi nəticəsində Adilənin həyatını xilas etmək mümkün olur.

İntihardan sonrakı yol

Bundan sonra nə edəcəyini, nələr planlaşdırdığını soruşduqda hələ ki, bu barədə qəti bir fikrə gələ bilmədiyini deyir:

"Hələ ki, bilmirəm. Çıxıb getmək istəyirəm bu ölkədən. Türkiyəyə getmək istəyirəm. Ola bilsin sabaha-biri günə fikrim dəyişəcək. Fikirlərim tez-tez dəyişir. Bəlkə də Türkiyəyə getsəm, hər şey daha pis olacaq. Dostlarım da getməməyimin tərəfdarıdır. Ona görə yəqin ki, qalacağam. Qalıb həyatımı quracağam. Necə quracağam? Onu dəqiq bilmirəm. Nə olar, olar..."

Tarix
2014.01.09 / 12:13
Müəllif
Emil Bağırov
Digər xəbərlər

Ankara İrəvana “nəfəslik” açdı – Qardaş ölkədə nə baş verir?

Türkiyəli ekspert İrəvanda: “Nəzarətsizlik” faydalıdır!

Si Szinpin İlham Əliyevi təbrik etdi

Paşinyanın bu xahişini Türkiyə rədd edə bilməzdi…

Ərdoğan açıqladı: Qarabağın azad edilməsindən sonra...

Türkiyədən Azərbaycanı məyus edən addımlar...

Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapıldı

Bu Novruz hamıya sülh gətirsin - Quterreş

AB rəsmisi Praqada Bakı və İrəvan arasında sülhdən danışdı

Putin Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla