Yuxarı

“İlham Mirzəyev aldığı pulları qaytarıb…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İlham Mirzəyev aldığı pulları qaytarıb…”

İlham Mirzəyev kimlərdən pul almışdısa, geri qaytarıb. Əgər dəymiş zərər ödənilibsə, onun barəsində həbs qərarı dəyişməlidir.

Bu sözləri Axar.az-a dələduzluğa görə həbs edilmiş teleaparıcı, ekstrasens İlham Mirzəyevin vəkili deyib.

Vəkil İkram Abdullayevin sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb və bu qərardaddan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Uzun müddətdir müvəkkili ilə görüşmədiyini, onun hansı cəzaçəkmə müəssisəsində saxlanmasından məlumatsız olduğunu bildirən vəkil İ.Mirzəyevin "İlhamed" klinikasının və digər əmlaklarının müsadirə edilmədiyini də vurğuladı:

"O əmlaklarını dələduzluqla ələ keçirməyib ki, müsadirə olunsun. Bundan əlavə, bir nəfərin verdiyi 3000 manatı artıq qaytarıb, o cümlədən bir qadının oğlu və gəlini üçün verdiyi 1250 manatı da ödəyib. Bu halda Bakı Apelyasiya Məhkəməsində Mirzəyevə bəraət verilməsi haqda vəsatət qaldırmışdıq, amma təmin olunmadı. Əgər dəymiş zərər ödənilibsə, onun həbsdə qalmasında məhkəmə maraqlı olmamalıdır".

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ.Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Tarix
2015.08.04 / 09:19
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır: Hərbi əməliyyata hazırlıq başladı

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla