Yuxarı

Paşayeva əl-Mamuri ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva əl-Mamuri ilə görüşdü - Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Maki Ressan əl-Mamuri ilə Milli Məclisdə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı Azərbaycan və İraq arasındakı mədəni əməkdaşlıq, o cümlədən ikitərəfli əməkdaşlığın müxtəlif əməli çalışma sahələri üzrə inkişafı, qarşılıqlı maraq doğruan digər məsələlər müzakirə edilib.

Q.Paşayeva dahi Azərbaycan şairi Məhəmməd Füzulinin, İraq Türkman mədəni irsinin, ümumən iraqlı soydaşlarımızın iki ölkə arasında möhkəm mənəvi körpülər təşkil etdiyini vurğulayıb. Bakı ilə Bağdad başda olmaqla iki dost ölkə arasında birbaşa uçaq reyslərinin açılması, qarşılıqlı əlaqələrin bütün sferalar üzrə inkişafının hər iki ölkə üçün faydalı olduğuna inamını bildirib.

Komitə sədri müvəqqəti işlər vəkilinə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Maki Ressan əl-Mamuri görüş və faydalı fikir mübadiləsi üçün Q.Paşayevaya təşəkkür edib.

Tarix
2021.11.23 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada əsaslanır...

Prezident ona "Dostluq" ordenini təqdim etdi - Foto

Prezident onları qəbul etdi - Foto

Prezident onlara müraciət ünvanladı

Onların etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Bizi sanksiya ilə hədələyirdilər - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla