Yuxarı

Bələdiyyədən bu səlahiyyət alındı – Deputatlar etiraz etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bələdiyyədən bu səlahiyyət alındı – Deputatlar etiraz etdi

Milli Məclis “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunun layihəsini ikinci oxunuşda qəbul edib.

Axar.az xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı deputatlardan Fazil Mustafa və Razi Nurullayev dəyişikliklərin əleyhinə çıxıb.

Fazil Mustafa bələdiyyələrin səlahiyyətinin artırılmalı olduğunu bildirib.

Razi Nurullayev də bu institutun möhkəmləndirilməsini, bələdiyyələrin üzərində olan “torpaq satanlar” ifadəsinin yox edilməsinin vacibliyini nəzərə çatdırıb.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, il ərzində bütün bələdiyyələr mədən vergiləri üzrə 1 milyon 700 min manat toplayır. İndi aidiyyəti qurum da təminat verir ki, həmin məbləği bələdiyyələr yığmasa belə, bələdiyyələrin ehtiyacı olduğu təqdirdə onlara veriləcək:

“Ehtiyac yaranarsa, bələdiyyələrə əlavə vəsaitin ayrılması da nəzərdə tutulur. Bələdiyyələrə dövlət tərəfindən kifayət qədər dəstək göstərilir. Bu vergi yığmaq səlahiyyətinin bələdiyyədən alınması onların fəaliyyətinə elə böyük təsir etməyəcək”.

Novruzov əlavə edib ki, bələdiyyə qurumları məktəb və bağçalar aça, digər obyektlər qura bilər və bunu onlara heç kəs qadağan etmir.

Məlumat üçün bildirək ki, qanun layihəsi ilə yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid olunur.

Tarix
2021.11.24 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkənin səfirinin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla