Yuxarı

Badımcan aparan "Volvo"dan psixotrop maddə aşkarladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Badımcan aparan "Volvo"dan psixotrop maddə aşkarladı

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilməsi cəhdinin qarşısını alıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Axar.az-a bildirilib ki, İrandan ölkəmizdən tranzit keçməklə Rusiyaya “Badımcan” yükü aparan “Volvo” markalı yük avtomobili Astara gömrük postunun idxal yoxlama xəttində saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasının arxa hissəsində yerləşən yataq yerinin üzərində, şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan qara rəngli qovluqda gömrük nəzarətindən gizlədilən 1 ədəd xırda bükümdə, ümumi çəkisi 2 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2021.12.01 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla