Yuxarı

İdman mərc oyunları: bu şəxslər vergi ödəməyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Axar.az xəbər verir ki, dəyişikliklə idman mərc oyunlarının (elektron idman mərc oyunlarının) lotereyalarla oxşar hüquqi rejimdə vergi qanunvericiliyi baxımından tənzimləməyə cəlb edilməsi nəzərdə tutulur, lotereyalardan və idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manata qədər (əvvəl 10 manat idi) uduşlar gəlir vergisindən azad edilir.

Digər dəyişikliklə isə idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcılarının, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi kimi təsbit olunması, habelə bu sahədə vergitutma obyektinin və vergi dərəcələrinin dəqiqləşdirilir (operatorlar və təşkilatçılar dövriyyədən 6%, satıcılar isə onlara çatacaq komisyon haqqından 4%). Əvvəl gəlir və mənfəət vergisi ödəyirdilər.

Tarix
2021.12.17 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Kiyevdə Azərbaycan səfirliyinin yaxınlığını bombaladı

Azərbaycan bayrağı Ermənistanda trend oldu - Foto

Əliyev Rusiyadan rəsmi etiraf tələb etdi - Xarici KİV

Forumun Xankəndidə keçirilməsi... – Vəliyev

Türklər Zəngəzuru bu cür ələ keçirəcək: Batum kimi...

Ukraynalı jurnalist Əliyevə görün nə hədiyyə etdi - Video

Azərbaycanın MDB-nin iclasında iştirak etməməsi...

Əbu-Dabidəki görüş konstruktiv oldu - Hacıyev

Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

Bu məqaləni yerləşdirdik, heç kəs ayırd edə bilmədi ki... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla