Yuxarı

"Dellora"nın mühasibi döyüldü, maşın qarət olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Dellora"nın mühasibi döyüldü, maşın qarət olundu

Azərbaycanda mebel satışı ilə məşğul olan şirkətin əməkdaşı döyülüb.


"Report"un xəbərinə görə, hadisə Siyəzən rayonunun Zarat qəsəbəsində baş verib. Belə ki, "Dellora" mebel mərkəzinin mühasibi Samir Cəlalov Xaçmaz rayonuna gedən zaman Siyəzən rayonu ərazisində onun "Mercedes" markalı avtomobilində nasazlıq yaranıb. Avtomobildən düşüb təmir etmək istəyən zaman naməlum şəxslər ona hücum edib xəsarət yetirərək maşında olan "Dellora" mebel mərkəzinə məxsus külli miqdarda pulu ələ keçirib hadisə yerindən qaçıblar.


Yaralı Samir Cəlalov xəstəxanaya yerləşdirilib.


Hazırda cinayəti törədənlərin axtarışları aparılır.

Tarix
2015.08.13 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla