Yuxarı

İtkin düşən taksi sürücü ölü tapıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtkin düşən taksi sürücü ölü tapıldı - Video

Azərbaycanda itkin düşən taksi sürücüsünün qətlə yetirildiyi məlum olub.

Kəpəz TV xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Göyçay rayon sakinini öldürən şəxslər tutulub.

Qeyd edək ki, rayonun Çayarxı kənd sakini, 60 yaşlı Cavid İsayev idarə etdiyi 10-MM-203 dövlət nömrə nişanlı, "Mersedes" markalı şəxsi minik avtomobili ilə avqustun 3-də axşam saatlarında Bakıdan Göyçaya müştəriləri gətirərkən naməlum şəkildə itkin düşmüşdü.

Ölkənin bütün şəhər və rayonlarının polis əməkdaşları tərəfindən itkin düşən şəxsin, onun avtomobilinin və qatillərinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Samux rayon sakini 21 yaşlı Akif Hacıyev və 31 yaşlı Bərdə rayon sakini Elvin Quliyev tutularaq istintaqa təhvil verilib.

"Mersedes" markalı avtomobil Ağcabədi rayonunun Hindarx kəndi ərazisindən, sürücü Cavid İsayevin meyiti isə Abşeron rayonunun Pirəküşkül qəsəbəsi ərazisində tapılıb. Hadisənin tamah məqsədilə törədildiyi bildirilib.

Məlumata görə, cinayətkarlar sürücünü öldürərək quldurluq yolu ilə əldə etdikləri avtomobili əvvəlcə satmaq istəyiblər. Niyyətləri alınmadığı üçün avtomobili Ağcabədidə kimsəsiz bir yerə ataraq qaçıblar.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Trend.az&file=http%3A%2F%2Fcdn.trend.az%2Fmedia%2Fpictures%2F2015%2F08%2F15%2Fvideo_region_150815.mp4&linktarget=http%3A%2F%2Fcdn.trend.az%2Fmedia%2Fpictures%2F2015%2F08%2F15%2Fvideo_region_150815.mp4&aspectratio=16%3A9&controlbar.position=bottom">
Tarix
2015.08.15 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülər Xocavənddə...

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Bakıda AQEM Media Forumunun açılış mərasimi keçirildi

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla