Yuxarı

Azərbaycanlılar hücuma məruz qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılar hücuma məruz qaldı

Ukraynanın paytaxtı Kiyevdə ötən gün axşam 3 azərbaycanlı gənc hücuma məruz qalıb.

Gənclərdən biri Əliyev Azad Hümbət oğlu APA-ya bildirib ki, o, 22 yaşlı əmisi oğlu Dadaş Əliyev və dostları Sirac Qardaşxanovla ötən gün axşam Kiyevin "Pobeda" prospektindəki restoranların birindən çıxarkən kefli vəziyyətdə olan naməlum şəxslər ilə mübahisələri düşüb.

Bir qrup yerli gənc restorandan çıxan zaman onlara milli zəmində təhqiramiz sözlər deyiblər. Onlar arasında yaranan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Yaxınlıqdakı insanların müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub: "Biz əvvəlcə onların kefli olduğunu görüb, qoşulmaq istəmirdik. Hiss olunurdu ki, onlar narkotik maddə qəbul ediblər. Amma əmioğlu Dadaş reaksiya verən kimi bizə hücum etdilər.

Dadaşı baş nahiyəsindən ağır yaraladılar. Bizə də müxtəlif xəsarətlər yetirilib. Əmim oğlu Kiyevdəki xəstəxanalardan birinə yerləşdirilib".

A.Əliyev hadisə ilə bağlı polisə müraciət etmədiklərini bildirib.

Tarix
2015.08.15 / 23:03
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülər Xocavənddə...

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Bakıda AQEM Media Forumunun açılış mərasimi keçirildi

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla