Yuxarı

FHN laboratoriyaları: nələri və necə yoxlayır? – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun Sertifikat-Sınaq Mərkəzinə media-tur təşkil olunub.

Axar.az xəbər verir ki, hazırda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən İnstitut (ETLKİM) ən müasir, dünya standartlarına uyğun avadanlıq və sınaq texnologiyalarından ibarət laboratoriyalarla təchiz olunub.

İnstitutun strukturunda Müayinə və İnşaat Materiallarının Sınağı üzrə Sertifikat-Sınaq Mərkəzi tərkibində “Materialların yanğın təhlükəsizliyi”, “Fiziki-kimyəvi analiz”, “Təbii və keramik divar daşları, üzlük materialları”, “Beton və dəmir-beton texnalogiyası və qatqıları”, “Asfalt-asfaltbeton”, “Bina və qurğuların elektirik təchizatının müayinəsi”, “Mühəndis geologiyası”, “İnşaatda ekoloji problemlər”, “Mülki və sənaye tikintisi” və digər ixtisaslaşmış tikinti laborratoriyaları eləcə də 4 regional müayinə-sınaq laboratoriyası fəaliyyət göstərir.

İnstitutun kiçik elmi işçisi Pərviz Qarayevin sözlərinə görə, araşdırma və tədqiqat işləri institutun binasında fəaliyyət göstərən labaratoriyalarla yanaşı, səyyar labaratoriya avtomobilləri vasitəsilə də həyata keçirilir.

FHN-nin “Materialların yanğın təhlükəsizliyi” laboratoriyasının müdiri Kamil Mustafayev bildirib ki, laboratoriyanın fəaliyyət istiqaməti tikinti materiallarının və məhsulların yanğına davamlılığının öyrənilməsi və standart üsulların tələblərinə uyğun dəqiq sınaq nəticələrinin aparılmasına yönəlib.

“Fiziki-kimyəvi analiz” laboratoriyasını əməkdaşı Zümrüd Əliyevanın sözlərinə görə, laboratoriya Türkiyə və Avropa istehsalı olan avadanlıqlarla təchiz olunub: "Laboratoriyada quraşdırılan optik və rentgen spektrometrləri metaldan, filizdən, sementdən, çınqıldan və s. olan nümunələrin analizə hazırlığını, analizin aparılmasını və materialın kimyəvi tərkibi haqqında dəqiq məlumatın alınmasını təmin edir. Bundan başqa, yeni X-ray SPECTRO XEPOS cihazı və yeni unikal proqram təminatı Turbo Quant vasitəsilə laboratoriyada qısa zamanda istənilən naməlum maye, toz və bərk nümunələri analiz etmək mümkündür".

“Təbii və keramik divar daşları, üzlük materialları” laboratoriyası çoxmərtəbəli, eləcə də sənaye binalarının inşası zamanı əsas yükdaşıyan və öz yükünü qəbul edən konstruksiyaların hazırlanmasında istifadə olunan tikinti materiallarının öyrənilməsində və istehsalata tətbiq edilməsində yaxından iştirak edir.

“Beton, dəmir-beton texnologiyası və qatqıları” laboratoriyası beton sınaqları, konstruksiyaların müayinələri, beton və dəmir-beton texnologiyası sahəsində müxtəlif tədqiqatlar və konsaltinq xidmətləri göstərməkdədir.

“Asfalt-asfaltbeton” laboratoriyası respublikada inşa edilən beynəlxalq və ölkədaxili avtomobil yollarının tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəricilərinin layihə tələblərinə eləcə də, qüvvədə olan norma və tələblərə uyğunluğunun yoxlanılmasında iştirak edir.

“Mülki və sənaye tikintisi” laboratoriyası tikintinin müxtəlif sahələrində istifadə edilən inşaat materiallarının keyfiyyət göstəricilərinin öyrənilməsi, onların daha da yaxşılaşdırılması üçün təkliflərin hazırlanması, tikintiyə yeni mütərəqqi materialların cəlb edilməsi istiqamətində işlər aparır.

“Bina və qurğuların elektrik təchizatınin müayinəsi” laboratoriyası yaşayış komplekslərində, habelə dövlət əhəmiyyətli obyektlərdə elektrik təssərufatının müayinə-sınaq işlərini realizə edir.

“Mühəndis geologiyası” laboratoriyası qruntların fiziki-mexaniki xüsusiyyətlərinin təyinini, sınağını, qrunt tərkibinin dövlət və beynəlxalq ASTM, BS, TS standartlarına əsasən təsnifatı üçün onların xüsusiyyətlərini təyin edir.

Tarix
2022.01.13 / 13:35
Müəllif
Axar.az
Digər xəbərlər

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində - Foto

İrandan Pezeşkianın Bakı səfəri barədə yeni açıqlama

Müqavilə mayın 9-da imzalanacaq? – Nikoldan reaksiya

Xankəndi Gənclər Paktı imzalanacaq - XİN açıqladı

Bir neçə aydan sonra yenidən Çinə səfər edəcəyəm

Azərbaycan və Pakistan XİN başçıları danışdı

150 milyon çinli turistin cəmi 1%-i Azərbaycana gəlsə... - Prezident

Elə mühit yaradır ki, sanki köhnə dostunuzla danışırsız - Prezident

Azərbaycan dəyişdi, amma prioritetlər yox - Prezident

Onların da dost olmasına ehtiyacımız var - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla