Yuxarı

Ermənilərin dağıtdığı sayt bərpa edildi - ADQ

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin dağıtdığı sayt bərpa edildi - ADQ

Haker hücumları ilə sıradan çıxarılan Azərbaycan Dil Qurumunun saytı "Adq.az" öz fəaliyyətini bərpa edib.

"Axar.az"a bu barədə saytın tərtibatçısı və proqram təminatçısı Sədaqət Nəcəfzadə məlumat verib.

S.Nəcəfzadə bildirib ki, sayt öz fəaliyyətini bərpa etdikdən – daha doğrusu, az qala tamamilə yenidən qurulduqdan sonra texniki mühafizə daha da gücləndirilib və saytın haker hücumlarından qorunması təkmilləşdirilib: "Təbii ki, haker hücumundan heç bir sayt sığortalanmayıb. Amma indi hətta ən ciddi hücumda da saytın tamamilə dağıdılması mümkün olmayacaq".

Qeyd edək ki, Dil Qurumunun saytında Azərbaycan dilinin orfoqrafiya lüğəti yeni proqramlaşdırma ilə axtarış sistemində oxuculara xidmət edir. Həmçinin terminoloji lüğətlər, izahlı lüğət və s. istifadə etmək üçün əlçatan vəziyyətdədir.

Hazırda Azərbaycan dilinin izahlı lüğətinin axtarış sistemində proqramlaşdırılması prosesi davam edir.

Xatırladaq ki, Azərbaycan dilinin yazı qaydaları və normalarının təbliği, yad dillərin mənfi təsirindən qorunması və təbii inkişafına xidmət edən adq.az saytı bir neçə gün əvvəl erməni hakerlər tərəfindən dağıdılmış və bazası tamamilə məhv edilmişdi.

Tarix
2014.01.11 / 14:32
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

Əgər QRU generalı Moskvanın mərkəzində güllələnirsə...

Bayramov İshaq Dara zəng etdi

Bu, İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla