Yuxarı

Mobil telefonla qaz kartına necə pul yükləmək olar?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mobil telefonla qaz kartına necə pul yükləmək olar?

Bu gün sizə Azəriqaz İstehsalat Birliyinin yeni tərtib etdiyi “Gallus” kartlarının NFC təminatı olan telefonlarda necə və hansı proqram təminatı ilə yükləmə qaydasını izah edəcəyik.

Axar.az xəbər verir ki, yalnız NFC təminatı olan telefonlarla “Gallus Pay” kartla yükləmə əməliyyatı etmək olur, yəni heç bir yerə getmədən “Smart Gallus Pay” sayğaclardan ödəniş əməliyyatı edə bilirik. Bunun üçün ilk olaraq “Play Market” və ya “App Store”dan “E Manat+” proqramı yükləyirik. “E manat+” proqram təminatını açırıq, "ödəniş et" bölməsinə seçirik. "Kommunal Azəriqaz" və "Azəriqaz Gallus pay" pəncərəsinə daxil oluruq. Kartı telefonun alt hissəsinə tutduqda kartda olan məlumatlar telefonda əks olunur. Sayğacın nömrəsi, abonent kodumuz və ödəniş növü qeyd olunur. Ödəniş növünü seçərək "davam et" düyməsi, ondan sora məbləği daxil edirik. Yenidən "davam et" düyməsinə basırıq. Beləliklə kartın məlumatları əks olunur. Biz kartın nömrəsini, istifadə müddətini və cvv kodunu qeyd edərək qeyd etdiyimiz məbləğin "ödə" düyməsini sıxaraq istədiyimiz məbləği karta köçürmüş oluruq. Məlumat üçün bildiririk ki, yaxın günlərdə əvvəlcədən ödənişli smart tipli “Zenner” sayğaclarda da bu tətbiq aktivləşdiriləcək.

Tarix
2022.04.02 / 18:01
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla