Yuxarı

Media namizədlərin piarını necə quracaq? – Sorğu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Media namizədlərin piarını necə quracaq? – Sorğu

Parlament seçkilərində namizədlərin təbliğat kampaniyasına sayılı günlər qalır. Elektron media deputatlığa namizədlərin piar işini necə təşkil edəcək?

Axar.az bu sualla bir neçə media orqanı rəhbərinə müraciət edib:

"Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı hesab edir ki, bu prosesdə jurnalistlərdən daha aktiv iş tələb edilir. Onun sözlərinə görə, MSK və ayrı-ayrı partiyalarla hansı jurnalistlərin işləyəcəyi müəyyənləşdirilib, redaksiya əməkdaşlarının sayı artırılıb.

Baş redaktor deyib ki, təşviqat kampaniyası ilə bağlı xeyli sayda müraciət edən namizəd var və onların seçki platforması ödənişsiz olaraq dərc edilərsə, artıq bu, qanun pozuntusu olar:

"MSK bu müddət ərzində namizədlərlə bağlı cədvəl tərtib edir və saytımız da öz qiymətlərini orada təqdim edərək buna uyğun şəkildə fəaliyyət göstərir. Çünki bu bir reklamdır", - deyə E.Eyvazlı vurğulayıb.

"Lent.az" saytının baş redaktoru Qabil Abbasoğlu bu məsələdə yeni bir siyasət olacağını gözləmir. Onun sözlərinə görə, əvvəlki illərin təcrübəsindən çıxış edəcəklər.

Baş redaktor hesab edir ki, həm seçki qanunvericiliyinə, həm redaksiyanın reklam siyasətinə, həm namizədlərin öz şərtlərinə uyğun bir formula tapılıb həll ediləcək.

Q.Abbasoğlu hələlik şifahi şəkildə müraciət edənlərin olduğunu bildirib:

"Redaksiyalar reklam tariflərini özləri müəyyənləşdirir. Bu məsələdə KİV haqqında qanunun pozuntusu yoxdur. Ortaq standartlar var və kimsə bu qaydalardan kənara çıxmayacaq".

"Avropa.info"nun baş redaktoru Ruslan Bəşirli isə saytın əməkdaşlıq etdiyi bəzi siyasətçilərin piarını təşkil edəcəyini açıqlayıb:

"Hələlik bizim də, müştərilərimizin də piarla bağlı təkliflərimiz var. Bu təklifləri birgə müzakirə edirik. Hələ qərar verməmişik. Amma düşünürəm ki, heç bir namizədin ödənişsiz təbliğatı aparılmayacaq".

"Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədov təklif edib ki, MSK piar işini qurmaq üçün elektron mediaya tövsiyələr verməlidir. Onun fikrincə, bu halda prosesdə xaosun qarşısını almaq mümkün olar.

Baş redaktorun sözlərinə görə, bir namizədin təbliğatını alternativini ləkələyən qara piar üstündə qurulmayacaq:

"İndidən görünən budur ki, bəziləri özlərini təbliğ etmək əvəzinə, başqalarını vurmağa daha çox üstünlük verirlər. Əsas odur ki, buna yol verilməsin. Bizə müraciət edən namizədlər var. Ancaq hələ ki, heç bir siyahı tutmamışıq".

Qeyd edək ki, parlament seçkiləri noyabrın 1-də keçiriləcək, oktyabrın 9-dan isə qeydə alınan namizədlərin təbliğat-təşviqat kampaniyasına rəsmən start veriləcək.

Tarix
2015.09.09 / 15:48
Müəllif
Nigar, Aygün
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla