Yuxarı

Azəryolservis bu yollarda pulsuz dayanacaq tikir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azəryolservis bu yollarda pulsuz dayanacaq tikir

Azəryolservis ASC ödənişsiz dayanacaqların təşkili məqsədi ilə tikinti işləri aparır.

ASC-dən Axar.az-a verilən məlumata görə, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 17-ci kilometrliyində və "VAZ yol qovşağı" adlanan sahədə duracaq tikilir.

Həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində də ikinci belə duracaq inşa edilir.

Birinci ödənişsiz duracağa giriş-çıxışı təmin etmək məqsədi ilə ASC tərəfindən 280 metr uzunluğunda və 12 metr enində yeni yol tikilib.

Bununla da qovşaqla dayanacağa nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub.

İkinci duracağa isə giriş-çıxış məqsədilə uzunluğu 700 metr, eni 8 metr olan sürətli keçid zolağı tikilib.

Burada avtobusların dayanması üçün tikilən "cib"likdə 130 paqon metr səki daşı da düzülüb. "Lökbatan dairəsi" istiqamətindən gələn nəqliyyat vasitələrinin geriyə dönmələri üçün ayrıcı zolaqdan yol verilib.

Tarix
2015.09.14 / 17:49
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İrandan 12 Azərbaycan vətəndaşı, 1 italiyalı təxliyə edildi

Xamenei artıq yoxdur - Netanyahudan sensasiya

Tramp İrana zərbələri birbaşa izləyir - Foto

İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!

Rəsmi Bakıdan çağırış: Danışıqlara qayıdın!

Sərhədimizdə dəhşətli müharibə: İranı nə gözləyir?

Rəsmi Bakının atdığı siyasi addımlar... - Deputat

İran vətəndaşları Türkiyəyə qanunsuz keçib?

ABŞ və İsrail məğlub olana qədər davam edəcəyik - İran

Azərbaycan vasitəsilə ölkəni tərk edin - Rusiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla