Yuxarı

"Japan Tobacco" iddialara cavab verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra saytlarda 21 iyun 2022-ci il tarixində “Ukrayna Azərbaycanı məhkəməyə verib” başlığı altında həqiqəti əks etdirməyən yazı dərc edilib. Yazıda “Japan Tobacco İnternational” Ukrayna şirkəti kimi qələmə verilməklə yanaşı, şirkətə məxsus olan “Sobranie” siqaretlərinin istehsal patentinin ödənilməməsi ilə bağlı əsassız iddialar irəli sürülüb. Bundan əlavə, yazıda “Sobranie” brendinin ölkə üzrə əlçatanlığı ilə bağlı yaranmış müvəqqəti çətinlikləri bu proseslə əlaqələndirməyə cəhd edilib.

Axar.az-ın məlumatına görə, iddialarla bağlı Tabaterra QSC-dən bildirib ki, JTİ Azərbaycan və Tabaterra QSC şirkətləri arasındakı əməkdaşlıq dayanıqlı, uzunmüddətli və qarşılıqlı inam modeli üzərində qurulub. İki şirkət arasındakı maliyyə münasibətlərinin tənzimlənməsi də bu modelin ən gözəl nümunəsidir:

"JTİ Tabaterra ilə əməkdaşlıq dövrü ərzində ödənişlərlə bağlı heç bir çətinlik yaşamamaqla yanaşı, partnyor şirkətə qarşı heç bir iddia da qaldırmayıb.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, “Sobranie” və JTİ şirkətinə məxsus digər brendlər lisenziya əsasında Tabaterra QSC şirkəti tərəfindən Azərbaycanda istehsal olunur və məhsullarımızın istehsalı üçün tələb olunan xammallar Ukraynadakı fabriklərimizdən təchiz olunurdu. Lakin Ukraynada başlayan müharibə səbəbindən qeyd olunan xammalların "Tabaterra" fabrikinə təchizatı mart ayından etibarən regionda yerləşən digər ölkələrdən, əsasən Türkiyədən həyata keçirilməkdədir".

"Regionda davam edən müharibə səbəbindən dünyada logistika sahəsində çətinliklər yaşanmaqdadır və bu səbəbdən brendlərimizin xammallarının təchizat ölkəsi üzrə dəyişiklik prosesi daha çox vaxt tələb edilib.

Partnyorumuz "Tabaterra" ilə birlikdə təchizat zəncirinin və istehsal prosesinin tam olaraq bərpa edilməsi üçün bütün gücümüzü səfərbər etmişik və yaxın zamanlarda ölkə üzrə JTİ brendlərinin təminatı ilə bağlı çətinlik tam olaraq aradan qaldırılacaqdır", - deyə açıqlamada qeyd olunub.

Tarix
2022.06.21 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp zəhmət çəkməsin, Bakı və İrəvan özü həll edər

Bakıda müsadirə edilən “Rolls Roys” kimindir? – Foto

Nə qədər ki, Paşinyan güclüdür… - Politoloq

Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü

Bayramov Ukrayna XİN rəhbərinin müavinini qəbul etdi

Prezidentdən Rasizadəyə: Atamın etibarlı silahdaşı olmusunuz

Azərbaycana göstərilən yardım kifayət deyil - Bayramov

Azərbaycan rəsmiləri ATƏT PA-nın prezidenti ilə görüşdü

Tramp Zelenskidən bunu istəyir: onu məhv etmək üçün...

İlham Əliyev Qalibafı qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla