Yuxarı

Şəmi ANS-dən üzr istəyəcək - Məhkəmə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəmi ANS-dən üzr istəyəcək - Məhkəmə

Nəsimi rayon məhkəməsi aparıcı və aktyor İlkin Həsənlinin ANS Müstəqil Yayım və Media Şirkətini (MYMŞ) və onun əməkdaşlarını təhqir etməsi məsələsinə aydınlıq gətirib.

ANS PRESS-in məlumatına görə, ANS MYMŞ-nın İlkin Həsəniyə qarşı qaldırdığı iddia üzrə birinci instansiya məhkəməsi 23 sentyabr 2015-ci il tarixində yekun qətnamə qəbul edib.

Qətnaməyə əsasən: "İlkin Aydın oğlu Həsənli 22 may 2015 ci il tarixində öz Facebook səhifəsində ANS-ə ünvanladığı sözləri elə həmin sosial şəbəkə vasitəsi ilə öz adından təqzib edilməklə, ANS şirkətindən, onun rəhbərliyindən və əməkdaşlarından üzr istəməlidir.

ANS TV-nin hüquqlarını müdafiə edən hüquqşünas Sevda Məhərrəmova məhkəmənin qərarından razı qaldığını deyir.

"Məhkəmə araşdırmaları zamanı, yəni 03.09.2015 tarixində İ. Həsəninin ANS MYMŞ-ın işgüzar nüfuzunu ləkələyən məlumat və ifadələrin yer aldığı sosial şəbəkədə olan statusu silindiyi məlum oldu. Lakin əvvəlcədən həmin statusun şəklini götürdüyümüz və bir saytların bu statusdan xəbər düzəltməsinə görə heç bir çətinlik yaşanmadı",-deyə hüquqşünas bildirdi.

İlkin Həsənli 22 may 2015 tarixində öz facebook səhifəsində www.youtube.com sosial şəbəkəsindən yerləşdirdiyi videoya başlıq kimi ANS-i təhqir edəcək status paylaşmışdı.

Həmin status belədir: "14 ildir TV-də işləyirəm, bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir ŞƏRƏFSİZLİYİ görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiz,onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü, amma belə etməməli idiz! Bu gün siz rəsmən ATV kanalına efir müharibəsi elan etdiz! OK, olsun!".

Tarix
2015.09.26 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

Şımkent-Bakı marşrutu bu sahədə əməkdaşlığı genişləndirəcək

İslahatların yeni mərhələsi: İki qurum birləşir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla