Yuxarı

Sabir Rüstəmxanlı İTV direktoruna müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabir Rüstəmxanlı İTV direktoruna müraciət etdi

Xalq şairi, Azərbaycan Dil Qurumunun başqanı, millət vəkili Sabir Rüstəmxanlı İctimai Televiziya və Radio yayımları Şirkətinin baş direktoru Cəmil Quliyevə müraciət edib.

ADQ-dən Axar.az-a verilən məlumata görə, Azərbaycanda dövlət dilinin təbliği və tədrisi sahəsində heç bir proqram və veriliş olmadığını təəssüflə diqqətə çatdıran millət vəkili İTV direktorundan bu sahəyə diqqət ayırmasını xahiş edib:

"50 milyonluq Azərbaycan xalqının ana dilinin tədrisi yalnız Azərbaycan Respublikası ərazisində aparılır. Ölkəmizdən kənarda yaşayan milyonlarla soydaşımızın ədəbi dil normalarımızı öyrənmək imkanları yox səviyyəsindədir. Üstəlik, ölkə daxilində əcnəbi dillərdə ixtisaslaşan məktəblərimizdə də ana dilinin tədris proqramı arzulanan səviyyədə deyil. Belə təhsil ocaqlarında yetişən mütəxəsislər öz sahələrində nə qədər peşəkar olsalar da, ana dilini mükəmməl bilmirlər. Bütün bunlar inkişaf etmiş ölkələrdə tətbiq edilən təcrübəni Azərbaycanda da gerçəkləşdirmək zərurəti yaradır. Ona görə də ana dilinin tədrisi və təbliği ilə məşğul olan, peşəkar mütəxəsislərlə birgə hazırlanan daimi bir proqramın fəaliyyət göstərməsi barədə düşünməyinizi sizdən xahiş edirəm. Bu proqram həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının icrasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük bir töhfəsi olardı".

Xatırladaq ki, Azərbaycan Dil Qurumu İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırda quruma məxsus www.adq.az saytında İzahlı lüğətin onlayn axtarış sistemində proqramlaşdırılması, Orfoqrafiya lüğətinin yeni versiyasına əlavə edilmiş 30 min sözün mövcud axtarış sisteminə daxil edilməsi prosesini tamamlamaq üzrədir.

Tarix
2015.10.01 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla