Yuxarı

MTRŞ-dən Mir Şahinə: “İçəridə muma, çöldə aslana dönmək…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ-dən Mir Şahinə: “İçəridə muma, çöldə aslana dönmək…”

Hər şeyi məhkəmə müstəvisində həll etməyə cəhd göstərənlər öz ağızlarından çıxanlara da fikir versələr, yaxşı olardı.

Axar.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Feysbuk hesabında yazıb. O, ANS Müstəqil Yayım və Media Şirkətinin Baş direktoru Mir Şahin Ağayevi sərt tənqid edib:

"ANS onunla bağlı ağzından bir az köndələn söz çıxaran hər kəsi imici və işgüzar nüfuzunu qorumaq adı altında məhkəməyə verir. Lap yaxşı da eləyir. Amma gərək özünə rəva bilmədiyini başqasına da bilməyəsən. Belə yol seçənlər, yəni hər şeyi məhkəmə müstəvisində həll etməyə cəhd göstərənlər öz ağızlarından çıxanlara da fikir versələr, yaxşı olardı. Məsələn, Mirşahin Ağayev Anspress.com saytına açıqlamasında belə deyib: "Nuşirəvan Məhərrəmlinin Xoşqədəm problemi var. Verilişlə bağlı yox aaa.. Məhz Xoşqədəm xanımla". İndi bu sözdən yapışıb onun özünü məhkəməyə vermək olarmı-olmazmı? Bu, böhtandımı, deyilmi? Şuranın, onun sədrinin hər hansısa aparıcı ilə nə işi var axı? Nə vaxtsa açıqlamalarımızda Xoşqədəmin, yaxud da hansısa başqa aparıcının adını çəkmişikmi? Yox. Biz hər dəfə demişik ki, qanun qarşısında cavabdeh olan yayımçı və onun məsul şəxsləridir, aparıcı yox. Bunun müqabilində belə açıqlamasının onun özünün əleyhinə işləyə biləcəyini Mir Şahin yəqin ki, yaxşı bilir.

P.S. Şuranın iclasında daha sərt qərar verilməsin deyə muma dönmək, məqsədə nail olduqdan sonra isə aslana çevrilmək müəyyən bir xarakterin göstəricisi olsa gərək".

Xatırladaq ki, MTRŞ-nin "Sən tək deyilsən!" və "Xoşqədəmlə axtarıram səni" verilişlərini bağlamaq qərarından sonra Mir Şahin Ağayev müsahibəsində xəbərin təqdimatından narazılığını bildirmiş və Şuranı məhkəməyə verəcəklərini açıqlamışdı. Həmçinin, Nuşirəvan Məhərrəmlinin Xoşqədəm Hidayətqızı ilə problemi olduğunu da iddia etmişdi.

Tarix
2015.10.01 / 15:24
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla