Yuxarı

MTRŞ sədri: “TV-lərə güzəşt limitimiz bitdi”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ sədri: “TV-lərə güzəşt limitimiz bitdi”

"Çox təəssüf ki, indiyə qədər verdiyimiz tövsiyələr nəticə verməyib. Azərbaycan efirindəki sünilik, bayağılıq, şitlik, saxta ssenarilər, ailədaxili münaqişələrin həddən artıq şişirdilməsi insanların heysiyyətinə toxunulması, milli-mənəvi dəyərlərin çox aşağı səviyyədə olması ilə bağlı olan verilişlər aradan qaldırılmalıdır. Biz düzgün yoldayıq".

APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N. Məhərrəmli bildirib ki, MTRŞ bu məsələdə israrlıdır: "Ona görə də hər hansı televiziya kanalına qarşı indiyə qədər olan güzəşt limiti artıq bitib, belə verilişlərin bağlanması davam etdirəcəyik".

Həmin verilişlərin reytinqinə gəlincə, N. Məhərrəmli bildirib ki, hələ bu məsələdən çıxış yolu tapa bilməyiblər: "Amma bunun üzərində işləyirik. Çünki reytinq ölçən təşkilatlarla bağlı iş çox şübhə doğurur. Hansı insanların evlərində hiprmetrlərin olması şübhəlidir. Ona görə də bu məsələ barədə düşünürük. Çalışacağıq ki, rəqəmsal yayıma tam keçiddən sonra bu məsələni həll edək".

Verilişlərin bağlanmasına görə ANS və digər telekanallar tərəfindən MTRŞ-in məhkəməyə verilməsinə gəlincə, N. Məhərrəmli məhkəmədən qorxmadıqlarını vurğulayıb: "Biz qərarlarımızı hüquqa uyğun veririk. İstənilən şəxs bizi məhkəməyə verə bilər, biz buna hazırıq. MTRŞ Azərbaycan efirində baş verən prosesləri tənzimləyən, qərar verən qurumdur".

Tarix
2015.10.02 / 11:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla