Yuxarı

Siyəzəndə bu kənddəki yanğın lokallaşdırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:20

Bu gün səhər Siyəzən rayonunun bələdiyyə ərazisində başlayan yanğın hazırda meşə sahəsinə keçib.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.

O qeyd edib ki, yanğının söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür:

"Şabran rayonu ərazisindəki yanğın isə lokallaşdırılıb. Şabran və Siyəzəndə baş verən yanğınlar hamımızı sarsıtdı, yenə də insanların ehtiyatsızlığından təbiətimiz zərər gördü. Yanğın başlayan gündən ETSN-in yerli qurumlarının bütün əməkdaşları, FHN-in yanğınsöndürənləri, ictimaiyyət nümayəndələri yanğının daha geniş ərazilərə keçməsinin qarşısını almaq üçün çalışırlar”.

***

Siyəzən ərazisində baş verən yanğın artıq lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var.

Bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.

O qeyd edib ki, Siyəzən rayonunun Allahyarlı kəndindən başlayan yanğın isti hava və külək nəticəsində meşə ərazisinə keçib və nəticədə 2 hektar meşə fondu ərazisinə ziyan dəyib:

"Tüstülənən ərazilərin söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğının söndürülməsində nazirliyin yerli qurumlarının 100-dən çox əməkdaşı iştirak edib".

Tarix
2022.08.20 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qətər əmiri Prezident Əliyevi təbrik etdi

907-ci düzəliş ləğv edilməlidir - Səfir

Bayramov Keniya prezidenti ilə görüşdü

Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...

Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

Pezeşkian Azərbaycana təyin olunan səfirlə görüşdü

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Əliyevlə Tokayev bir-birini təbrik etdi

Bu ölkədə səfirliyimiz açıldı, nazir iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla