Yuxarı

Nazirlikdən Qurban bayramı ilə bağlı əhaliyə müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən Qurban bayramı ilə bağlı əhaliyə müraciət

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.

Axar.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə müraciət edib.

Müraciətdə bildirilib ki, kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin, əl gigiyenasına ciddi riayət edin, gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin, geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.

Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.

Tarix
2025.06.03 / 17:14
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla