ANS Teleradio Şirkəti Milli
Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib.
APA-nın məlumatına görə, şirkət MTRŞ tərəfindən
verilən qərarların qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə
1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmənin
birinci iclası oktyabrın 9-na təyin edilib. İşə hakim Müseyib
Bayramovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, sentyabrın 30-da MTRŞ-nın iclası keçirilib. Həmin
iclasda ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı
haqqında" qanunun tələblərinin pozulması faktı üzrə inzibati
icraata baxılıb.
ANS televiziyasının efirində həftə ərzində şənbə və bazar
günləri istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri),
saat 16.20-dən 19.00-dək yayımlanan "Sən tək deyilsən" proqramının,
hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək yayımlanan
"Xoşqədəmlə axtarıram səni" proqramının yayımının 05 oktyabr
2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması
barədə qərar qəbul edilib.
Oktyabrın 5-də MTRŞ-nın keçirdiyi iclas zamanı isə ANS
televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında"
Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə
inzibati icraata və inzibati xətalara dair iş üzrə icraata
baxılıb.
ANS televiziyasının efirində həftə ərzində bazar günü istisna
olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan
– 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan "Salam,
Azərbaycan" proqramının yayımının 06 oktyabr 2015-ci il tarixindən
etibarən 10 (on) gün müddətinə dayandırılması barədə qərar qəbul
edilib.
"Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il
tarixli 1281-IVQ saylı Qanununun 13.2-ci madəsinə, Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.5-ci maddəsinə
uyğun olaraq "ANS Müstəqil Yayım və Media Şirkəti"nə ANS
televiziyasının efirində 01.10.2015-ci il tarixində saat
16:20-19:00 arası yayımlanan "Sən tək deyilsən" verilişində
sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması ilə
əlaqədar olaraq 6000 (alti min) AZN, "Sən tək deyilsən" verilişinin
02.10.2015-ci tarixli buraxılışında sponsorluğa dair
qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000
(alti min) AZN, 04 oktyabr 2015-ci il tarixdə saat 21:30-24:00
arası yayımlanan "Xoşqədəmlə axtarıram səni" verilişində sponsorluq
haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar
olaraq 6000 (alti min) AZN, "Salam Azərbaycan" verilişinin
01.10.2015-ci il tarixli buraxılışında sponsorluqla əlaqəli
qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000
(alti min) AZN, "Salam Azərbaycan" verilişinin 02.10.2015-ci il
tarixli buraxılışında eyni səbəblə qanunvericliyin tələblərinin
pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, "Salam
Azərbaycan" verilişinin 03.10.2015-ci il tarixli buraxılışında eyni
səbəblə qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq
6000 (alti min) AZN, 05.10.2015-ci il tarixli buraxılışında
qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000
(alti min) AZN, "Şokolad" verilişinin 18.09.2015-ci tarixli
buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin
pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, "Şokolad"
verilişinin 21.09.2015-ci tarixli buraxılışında eyni hala görə 6000
(alti min) AZN, ümumilikdə 54 000 (əlli dörd min) AZN məbləğində
cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul olunub.