Yuxarı

MTRŞ ANS-i məhkəməyə verdi - 160 min

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ ANS-i məhkəməyə verdi - 160 min

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS Müstəqil Yayım və Media şirkətini məhkəməyə verib.

Report-un əldə etdiyi məlumata görə, ANS-in məhkəməyə verilməsinə səbəb serial çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən düzgün istifadə edilməməsidir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MTRŞ-nin hüquqşünasları bildirib ki, ANS TV Şuraya layihəsini təqdim etdiyi serialı çəkməyib.

"Serial çəkilişi üçün ayrılan 200 min manatın 160 min manatı televiziyaya ödənilmişdi, 40 min manatı isə hələ büdcədədir. ANS serialın çəkilməsi ilə bağlı hesabatı 2015-ci ilin iyul ayında təqdim etməli idi. Amma hesabat qeyd olunan tarixdə təqdim olunmadı. Əvəzində, sentyabr ayında bizə çəkdikləri başqa bir serialı gətirdilər və müqavilənin tarixini dəyişərək, çəkməli olduqları serialın yerinə onun qoyulmasını təkif etdilər. Həmin serial ANS-ə dövlət büdcəsindən vəsait ayrılan zaman layihə kimi təqdim etdiyi deyil, tamamilə başqa bir serial idi", - MTRŞ-dən "Report"a bildirilib.

MTRŞ ANS-dən 160 min manat vəsaitin dövlət büdcəsinə geri qaytarmağı tələb edir.

Tarix
2015.10.08 / 12:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla