Yuxarı

“Televiziyalar bundan nəticə çıxarmalıdır”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Televiziyalar bundan nəticə çıxarmalıdır”

Həmin verilişlərin bağlanması telekanalların reytinqinə təsir etməyəcək.

Bu barədə Axar.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının bir sıra verilişlərin bağlanmasına yönəlik qərarına münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat hesab edir ki, Şuranın qərarı günün tələblərinə cavab verir:

"Milli Televiziya və Radio Şurasının qərarı təkcə ANS-ə qarşı deyil, ATV və İctimai TV-nin də bir sıra verilişləri buraya daxil edilib. Bu, həmin verilişlərin milli mənəvi dəyərlərə zidd olması, cəmiyyətdə sosial problemlərin həlli əvəzinə bayağı həyat tərzinin təbliğ edilməsi ilə bağlıdır. Bu verilişlərin içərisində "Səni axtarıram" müəyyən bir auditoriyaya malikdir, müxtəlif səbəblərdən itkin düşmüş insanların qovuşması üçün fəaliyyət göstərirdi. Bəlkə də həmin verişin formatını, məsələnin qoyuluş tərzini dəyişməklə bu verilişi saxlamaq olardı. Ancaq digər verilişlərdə Şuranın qərarı ilə razıyam. Doğurdan da müəyyən tip reytinqli verilişlər var ki, bayağılığın, cəmiyyətdə qəbul edilmiş davranış normalarından uzaq prinsiplərin, yüngül həyat tərzinin təbliğinə yönəlmişdi. Həmçinin bu tip verilişlərdə məsələnin qoyuluşu sosial problemlərin həllinə deyil, əksinə, daha da dərinləşməsinə xidmət edirdi. O baxımdan bu, çox ciddi bir qərardır. Cəmiyyətdə bununla bağlı böyük narazılıqlar var idi. Əlbəttə ki, söhbət təkcə sosial problemlərə həsr olunmuş verilişlərin qadağan olunmasından getmir, əksinə onların daha yüksək səviyyədə təşkil edilməsindən, bu məsələlərdə dövlətin, cəmiyyətin rolunun, sağlam mənəvi dəyərlərə söykənən möhkəm ailələrin təbliğindən gedir".

Millət vəkilinin sözlərinə görə, sözügedən verilişlərdə bəzi hallarda elə məsələlər qabardılaraq bir verilişdən digərinə keçirilirdi ki, bu, Azərbaycan üçün tamamilə yad olan bir hal idi:

"Anormal, xəstə təxəyüllü insanların törətdiyi bir əməl ölkəyə xas bir əməl kimi təbliğ edilirdi. Bu isə birbaşa gənc nəslin psixologiyasında çox ciddi problemlər yaradırdı. Şuranın qərarı günün tələblərinə cavab verir. Şura dövlətin teleradio sahəsində tənzimləyici vəzifəsini yerinə yetirir və artıq onun səlahiyyətləri də genişləndirilib".

Aydın Mirzəzadə adı çəkilən telekanalları Şuranın qərarından dərs çıxarmağa çağırıb:

"Bu gün Azərbaycan telekanalları artıq oturuşmuş, öz auditoriyası olan, ciddi məsələlərə toxunan, eyni zamanda, maarifləndirici, əyləndirici, məlumatlandırıcı və öhdəliklərini yerinə yetirən ciddi bir instituta çevrilib. O baxımdan həmin verilişlərin bağlanması telekanalların reytinqinə təsir etməyəcək. Hər bir telekanalda, o cümlədən ANS, ATV və İctimai TV-nin peşəkar jurnalist kollektivi və çox güclü proqram siyasəti var. Çox istərdik ki, Şuranın qərarından nəticə çıxartsınlar. Sosial mövzular üzrə ancaq yüksək səviyyədə, daha yaxşı nümunələr sərgiləyəcək verilişlər ərsəyə gətirsinlər. Çox təəssüf ki, tək ANS-də deyil, digər telekanallarda da möhkəm ailə institutu təbliğ edilmir. Heç bir şübhəm yoxdur ki, Şuranın qərarından sonra telekanallar bu sahəyə diqqət yetirəcək və doğurdan da günün tələblərinə cavab verən verilişlər ortaya qoyulacaq".

Qeyd edək ki, MTRŞ ölkədə yayımlanan bir neçə kanalla bağlı qərar çıxarıb. Qərara görə, bir sıra verilişlərin yayımı dayandırılıb.

Tarix
2015.10.08 / 14:46
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla