Yuxarı

ANS-in MTRŞ-ə qarşı iddiası təmin olunmadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS-in MTRŞ-ə qarşı iddiası təmin olunmadı

Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Müseyib Bayramovun sədrlik etdiyi iclasda MTRŞ-nin ANS telekanalında yayımlanan "Salam Azərbaycan" verilişinin qapadılması barədə oktyabrın 5-də çıxardığı qərardan verdiyi iddiaya baxılıb.

ANS-in nümayəndəsi, vəkil Muxtar Mustafayev çıxış edərək bildirib ki, həmin qərarla ANS telekanalında yayımlanan "Salam Azərbaycan" verilişinin yayımı 10 gün müddətinə dayandırılıb və teleşirkətə maddi ziyan dəyib: "Vətəndaşlar həmin verilişə baxırdılar, bu qərar düzgün deyil. Verilişin efirə getməməsi həm də şirkətin reytinqini aşağı salır".

MTRŞ nümayəndəsi Toğrul Məmmədov isə qərarın qanuni əsaslarla çıxarıldığını deyib və bildirib ki, ANS-in qaldırdığı iddianın heç bir perspektivi yoxdur: "Bizim qərar onların islah olunması üçün verilib. Şura daha sərt qərar verə bilərdi, amma humanist davranıb ki, şirkətə daha çox ziyan dəyməsin".

Daha sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra qərardad elan olunub. Qərardada əsasən, iddia təmin edilməyib.

Qeyd edək ki, sentyabrın 30-da MTRŞ-nın iclası keçirilib. Həmin iclasda ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb. Həmin iclasda ANS televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan "Salam, Azərbaycan" proqramının yayımının 06 oktyabr 2015-ci il tarixindən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə də qərar qəbul edilib.

"ANS" Teleradio Şirkət MTRŞ tərəfindən verilən qərarrın qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.

Tarix
2015.10.09 / 12:32
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla