
Moskvaya PUA hücumu: Bakıdan uçan təyyarə...
10:01
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Bakıda növbəti dəfə bir neçə "BakuBus" marşrut avtobusu istifadəyə veriləcək.
Axar.az-a "BakuBus"un məlumat mərkəzindən verilən xəbərə görə, yaxın günlərdə daha üç marşrut xəttinin istismara verilməsi nəzərdə tutulub. Xəttə buraxılacaq marşrutlatr 2, 3, 7 və 14 saylı avtobuslardır.
3 saylı xətt üzrə hərəkət edəcək avtobus "Azadlıq" metrostansiyası - "Elmlər Akademiyası", 7 saylı xətt üzrə Ziya Bünyadov prospekti, Arxiv İdarəsi - 20-ci sahə, 14 saylı marşrut üzrə isə Xətai istiqamətlərində işləyəcək.
Qeyd edək ki, avtobusların sayı artdıqca "BakuBus" avtobusları 14 marşrut üzrə sərnişindaşımada istifadə ediləcək. Həmin avtobusların hər birində BakıKartdan istifadə ilə gediş-gəliş mümkün olacaq.
Tarix
2015.10.16 / 12:23
|
Müəllif
Nigar İxtiyarqızı
|