Yuxarı

ANS MTRŞ-i məhkəməyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS MTRŞ-i məhkəməyə verdi

ANS Teleradio Şirkəti Milli Televiziya və Radio Şurasını (MTRŞ) artıq məhkəməyə verib.

APA xəbər verir ki, şirkət şuranın 30 sentyabr 8/1 saylı qərarının ləğv olunması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmənin ilkin iclası oktyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, sentyabrın 30-da MTRŞ-nın növbəti iclası keçirilib. İclasda ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb.

ANS televiziyasının efirində yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Sən tək deyilsən" və "Xoşqədəmlə axtarıram səni" proqramının yayımının 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.

İclasda həmçinin yayımı dayandırılmış həmin iki proqramın efir vaxtında mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımının "ANS Müstəqil Yayım və Media Şirkəti" tərəfindən təmin edilməsi barədə qərar qəbul edilib.

Tarix
2015.10.16 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla