Yuxarı

“Yuxarılar” Orfoqrafiya lüğətinin çapına mane olur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Yuxarılar” Orfoqrafiya lüğətinin çapına mane olur?

"Gözləyirik ki, çap olunsun. Hər dəfə zəng eləyəndə deyirlər ki, bugün-sabah, bugün-sabah… Keçən ildən belə deyirlər, artıq təzə il başlayıb".

Bu sözləri Orfoqrafiya lüğətinin çapının illərlə ləngiməsi ilə bağlı "Axar.az"ın sualını cavablandıran Dilçilik İnstitutunun Orfoqrafiya şöbəsinin müdiri İsmayıl Məmmədov dedi.

İsmayıl müəllim Orfoqrafiya lüğətinin bir aya çap olunacağı barədə vəd aldığını söylədi:

"Orfoqrafiya lüğəti yaxın vaxtda, təxminən, bir aya çıxmalıdır. Mən də artıq redaktor kimi oxuyub düzəltmişəm, qol çəkib "Şərq-Qərb" nəşriyyatına göndərmişəm. Gözləyirik ki, çap olunsun. Hər dəfə zəng eləyəndə deyirlər ki, bugün-sabah, bugün-sabah. Keçən ilin axırlarından belə deyirlər, artıq təzə il də başlayıb. Lakin onu deyim ki, lüğət çıxanda 2013-cü il adıyla nəşr olunacaq".

Xatırladaq ki, sonuncu Orfoqrafiya lüğəti 2004-cü ildə dərc olunub. Hərçənd ki, Dövlət Dili haqqında qanunun 13-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin etməlidir.

Bu qədər gecikmənin səbəbini İsmayıl Məmmədov qısaca belə izah etdi:

"Kitabın gecikməsinin səbəbi bizlik deyil, yuxarılıqdır".

Hüquqi məsuliyyət nəzərdə tutulmayıb

Məsələnin hüquqi tərəfini öyrənmək üçün hüquqşünas Elçin Ağayevlə əlaqə saxladıq. O, bu məsələ ilə bağlı hüquqi məsuliyyətin nəzərdə tutulmadığını vurğuladı:

"Bununla bağlı olaraq hər hansı hüquqi məsuliyyət – inzibati və yaxid digər - nəzərdə tutulmayıb. Məsuliyyət də Dilçilik İnstitutuna nəzarət edən orqanın üzərində qalır".

Açıqlama vermək səlahiyyətində deyilik

"Şərq-Qərb" mətbəəsindən isə məsələylə əlaqədar məlumat verə bilməyəcəklərini, onların belə hüquqa malik olmadıqlarını vurğuladılar:

"Belə suallara cavab vermək haqqımız yoxdur. Bu barədə yalnız sifariş verənə məlumat verə bilərik".

Tarix
2014.01.21 / 17:46
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla