Yuxarı

MTRŞ: “Cizgi filmlərinə ciddi nəzarət edilir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ: “Cizgi filmlərinə ciddi nəzarət edilir”

Efir məkanında müəyyən zorakılıq səhnələrini, eləcə də bəzi erotik elementləri özündə daşıyan cizgi filmlərinin yayımına rast gəlinib.

Bu sözləri Axar.az-a danışan MTRŞ Aparatı Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, hazırda monitorinq şöbəsi bu mövzuda ciddi araşdırmalar aparır:

"Bu mövzuda Milli Televiziya və Radio Şurasının (MTRŞ) qəbul etdiyi qaydalar var. Qaydalara görə, uşaqların və yetkinlik yaşına çatmayan şəxslərin inkişafına ziyan vura biləcək proqramlar göstərilmə vaxtı məhdudlaşdırılmış proqramlar adlandırılır. Bu baxımdan MTRŞ efir məkanında yayımlanan cizgi filmlərinə ciddi nəzarət edir. Hansı telekanalda yayımlanan cizgi filmlərinin tərkibində zorakılıq və yaxud erotik tərkibli hallar olarsa, həmin telekanala qarşı müəyyən tədbirlər həyata keçiriləcək".

Monitorinq şöbəsinin rəhbəri son vaxtlar efir məkanında cizgi filmlərinin yayımı zamanı ciddi qüsurların olmadığını da bildirdi:

"Ümumilikdə nəzər salanda son vaxtlar bu cür halların azaldığını müşahidə edirik. Hazırda Monitorinq şöbəsi cizgi filmlərinin yayımına ciddi şəkildə nəzarət edir".

Qeyd edək ki, qanunda televiziya kanallarında uşaq verilişləri ilə bağlı kvota yoxdur.

Tarix
2015.10.26 / 13:11
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Qətər əmiri də Bakıya gəldi

İlham Əliyev Çinin XİN rəhbəri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla