Yuxarı

Ağsu aşırımında hərəkət bərpa olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:38

Ötən iki gün ərzində yağan güclü qar Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ və Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Axar.az Report-a istinadla xəbər verir ki, adları çəkilən magistrallarda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları yolların buz bağlaması səbəbindən və təhlükəsizlik məqsədilə yük avtomobillərinin və qış fəsli üçün nəzərdə tutulan şinləri olmayan nəqliyyat vasitələrinin İsmayıllı-Muğanlı-Şamaxı yolu ilə Bakı istiqamətinə hərəkətinə icazə vermir, sürücülərə alternativ olaraq İsmayıllı-Qaraməryəm-Ağsu-Göyçay-Kürdəmir-Bakı yolundan istifadə tövsiyə olunur.

Qobustan, Şamaxı, Qəbələ və Ağsu rayonlarının ərazisindən keçən magistral yollar da qarla örtülüb və avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Ağsu aşırımında, İsmayıllı-Lahıc-Dəmirçi-Pirqulu-Şamaxı yolunda isə qar və buz səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb. Bu yollara təxminən 10-15 santimetr qar yağıb.

Hazırda güclü qarın yağması səbəbindən yolların təmizlənməsi işləri ləngiyir.

***

Şamaxı-İsmayıllı yolunda, Ağsu aşırımında nəqliyyatın məhdudiyyəti tətbiq olunmur.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev bidirib.

"Sadəcə olaraq qarın təmizlənməsi zamanı texnikaların rahat hərəkəti üçün həmin yollarda hərəkət müvəqqəti dayandırılır, daha sonra hərəkətə icazə verilir. Hazırda həmin istiqamətdə yollar tam açıqdır. Lakin yük avtomobilləri, sərnişin avtobusları, eyni zamanda mövsümi şinləri olmayan minik nəqliyyat vasitələri təhlükəsizlik məqsədi ilə alternativ yollara istiqamətləndirilir", - DYP sözçüsü əlavə edib.

Tarix
2023.01.09 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Fidanla da danışdı: İsrail-İran gərginliyi...

İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov

Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi

Bayramov Arakçı ilə danışdı: Ərazimizdən İrana hücum...

Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə hazır idik!

Ermənistanda bu sözə qıcıqlanırlar: Zarafatla deyirəm ki…

Rusiya Azərbaycana təşəkkür etdi

Bu gecə İsrailə bu ölkə də qoşulacaq: İranı nə gözləyir?

İsrailin İran əməliyyatının adı nə məna daşıyır? - İlahiyyatçı

Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla