Yuxarı

Paşayeva Türkiyə səfirliyini ziyarət etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva və ictimai fəallar qardaş Türkiyə səfirliyini ziyarət edib, dəhşətli zəlzələdə həlak olanların ruhuna ehtiram əlaməti olaraq, səfirlik önündəki müvafiq guşəyə qərənfillər düzüb, həlak olanların ruhuna dualar oxuyub.

Axar.az xəbər verir ki, sonra Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ilə görüşən ziyarətçilər Qəhrəmanmaraş başda olmaqla, 10 vilayətdə baş verən dəhşətli zəlzələnin ağır nəticələrindən üzüldüklərini bildirərək, dərin hüznlə başsağlığı veriblər.

Q.Paşayeva deyib ki, Türkiyəyə qardaş köməyi aralıqsız davam edir, o və könül dostları da belə yardımları öz könül işi, vəfa borcu bilərək, bundan sonra da maddi, mənəvi planda yardımlara davam edəcəklər.

Qardaş ölkənin səfiri Komitə sədrinə, onunla birgə səfirliyi ziyarət edən ictimai fəallara təşəkkür edib. Səfir bildirib ki, zəlzələ barədə xəbər yayılandan səfirlik davamlı olaraq ziyarət olunur, zəlzələdən zərər çəkənlərə saysız-hesabsız yardımlar təşkil olunub, göndərilir və bu da qardaşlığımızın nə qədər qüvvətli, saf və sarsılmaz olduğunu bütün dünyaya göstərir.

Tarix
2023.02.10 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio…

Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi

Erməni “Zəngəzura iddia edirlər” dedi – Zaxarovanın cavabı

Sübhani dəhlizdən danışdı: Tehran Bakıya alternativ təklif edib

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edildi

Bakıdakı Rus Evi ilə bağlı buna hazırıq - Zaxarova

Azərbaycan Rusiyaya nota göndərdi

İlham Əliyev fərman imzaladı

Prezident minimum pensiyanın artırılmasını təsdiqlədi

Azərbaycan Məhəlləsində qorxulu anlar: nazir belə qaçdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla