Yuxarı

Aynur Camalqızı: “Biz gücümüzü toplasaq…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aynur Camalqızı: “Biz gücümüzü toplasaq…”

"ASAN Könüllüləri" Təşkilatı "ASAN Məktub" adlı yeni layihəyə başlayıb.

Axar.az xəbər verir ki, layihənin keçirilməsində məqsəd həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də, cəmiyyətə qayğı hissini daha da artırmaqdır.

"Uşaqlara ASAN sevgi" şüarı ilə sosial məsuliyyət hisslərini aşılayan bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsi ilə əhalinin sosial cəhətdən həssas qruplarına aid uşaqların arzu və xəyallarını gerçəkləşdirəcək.

Layihə çərçivəsində 14 yaşadək sosial qayğıya ehtiyacı olan hər bir uşaq məktub yazacaq və yazdıqları məktublara xeyirxah insanlar tərəfindən cavab tapmış olacaqlar. Ölkənin böyük media quruluşlarından olan Teleqraf Media Qrupu bu kampaniyaya bütün kollektivlə qoşulub.

Qurumun rəhbəri Aynur Camalqızı deyib ki, bu işi kütləviləşdirmək, daha çox insanın diqqətini uşaqların qayğılarına yönəltmək istəyirlər:

"Uşaqların məktublarının hər biri bədii əsər qədər təsirlidir. Onların dünyalarını rəngləndirmək, istək və arzularını yerinə yetirmək biz böyüklərin borcudur. Çünki qayğı əhatəsində böyüyən hər bir uşaqda özünə inam, güvən olur. Özünə güvənən insanlar isə ölkəsi üçün, dövləti üçün daha çox faydalı işlər görə bilərlər".

Aynur Camalqızı bu qərara kollektivin əməkdaşları ilə birlikdə gəldiklərini qeyd edib:

"ASAN könüllüləri"nin başladığı kampaniya ilə tanış olandan sonra əməkdaşlarla məsləhətləşdik və belə qərara gəldik ki, bütün kollektivlə birlikdə bu xeyirli işə biz də qoşulaq. Əməkdaşlarımız hər ayın sonunda maaşlarından gücləri çatan məbləğdə pul ayıracaq və biz yığılan pulla ehtiyacı olan uşaqların arzusunu yerinə yetircəyik. Heç kim deməsin ki, "mən verdiyim 5 manatla problem həll etmək olmaz". Unutmayaq ki, dama-dama göl olar. Biz gücümüzü toplasaq, bu ölkənin sabahı olan balaların gələcək xoşbəxt həyatının təməlini indidən ata bilərik".

Tarix
2015.11.13 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla