Yuxarı

Fond Moskvada nələri müzakirə edib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fond Moskvada nələri müzakirə edib?

Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri Moskvada Beynəlxalq Sosial Təminat Assosiasiyasının seminarında iştirak edib.

Fonddan Axar.az-a verilən məlumata görə, Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) bu günlərdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Avrasiya və digər ölkələrin sosial təminat təşkilatlarının rəhbərləri üçün seminar keçirib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin Elmi Şurasının iclas zalında keçirilən tədbir dünyada milli sosial təminat sistemlərinin inkişafının aktual problemlərinə həsr olunub. Tədbirdə Fond sədrinin müavini Zakir Babayev və sədrin müşaviri Yalçın Müslümov iştirak edib.

Seminarın işində Rusiya Federasiyasının, Qazaxıstanın, Bolqarıstanın, Polşanın sosial sığorta və pensiya qurumlarının rəhbərləri iştirak ediblər.

Seminarda rus dilində nəşr olunmuş "Beynəlxalq sosial təminat: sənədlər və şərhlər" adlı məcmuənin təqdimatı keçirilib.

Tədbirdə "Milli sosial təminat sistemləri: müasir çağırışlar və inkişaf yolları" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada sosial təminat sahəsində tanınmış alimlər və mütəxəssislər çıxış ediblər.

Fond nümayəndələri BSTA-nın Baş katibi X.Konkolevski, habelə Rusiya Federasiyası Pensiya Fondunun və Sosial Sığorta Fondunun rəhbərləri ilə keçirdikləri ikitərəfli görüşlərdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Tarix
2015.11.17 / 12:09
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla