Yuxarı

Bakı-Masallı yolçularına şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Masallı yolçularına şad xəbər

Ələt-Masallı avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsinin yenidən qurulması işlərinə start veriləcək.

Azəryolservis ASC-dən Axar.az-a verilən məlumata görə, yolun tikintisi Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həyata keçiriləcək.

Birinci texniki dərəcəyə uyğun olaraq inşa ediləcək Ələt-Masallı avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsinin uzunluğu 30,1 kilometrdir. 4 hərəkət (4x3,75 metr) zolağından ibarət olacaq avtomobil yolunda ayrıcı zolağın eni 4 metr təşkil edəcək.

Layihə üzrə yolda iki avtomobil körpüsünün tikintisi aparılacaq. Körpülərdən biri Ələt-Masallı avtomobil yolunun 99-cu kilometrliyində Muğanxolu çayı üzərində inşa ediləcək. 4 aşırımdan ibarət körpünün uzunluğu 130,6 metr olacaq. İkinci körpü yolun 110,8-ci kilometrliyində Cəlilabad yol qovşağında tikilməsi nəzərdə tutulub. Bu körpü isə 4 aşırımlı olmaqla uzunluğu 79 metr olacaq.

Bundan başqa, yol boyu 79 dairəvi borunun, 10 düzbucaqlı su borusunun və 6 düzbucaqlı alt keçidin inşasının aparılması planlaşdırılır.

Tarix
2015.11.21 / 11:39
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla