Yuxarı

Fazil Mustafanın partiyasından bəyanat: Sui-qəsd...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fazil Mustafanın partiyasından bəyanat: Sui-qəsd...

Böyük Quruluş Partiyası (BQP) başqanı, deputat Fazil Mustafaya qarşı həyata keçirilən sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur.

Axar.az xəbər verir ki, bu fikirlər Fazil Mustafaya qarşı həyata keçirilən terror aktı ilə bağlı partiyanın yaydığı bəyanatında əksini tapıb.

Bəyanatda BQP üzvlərinin martın 29-da partiya başqanı, deputat Fazil Mustafaya qarşı həyata keçirilən acımasız, alçaq, vəhşi terror aktı ilə bağlı xəbəri böyük sarsıntı və dərin hiddət hissi ilə qarşıladığı qeyd edilib:

"Bu qanlı cinayəti törədən şəxsin və ya şəxslərin, arxasında duran mərkəz və ya qrupların, sifarişçilərin və icraçıların hüquq-mühafizə orqanları tərəfindən ən qısa zamanda aşkara çıxarılaraq ədalət məhkəməsinə təhvil veriləcəyinə və layiq olduqları ən ağır cəzaya məhkum ediləcəyinə ümid edirik".

BQP hesab edir ki, bu sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur:

"Terror hadisəsini törədənlərin başlıca məqsədi Azərbaycanın cəhalət girdabında qalmasını istəyənlərə, təhrif olunmuş dini inanc əsarətinə salanlara, məzhəbçi dini ekpansiyaçılara ölkəni təslim edənlərə, milli iradəni yox sayanlara qarşı çıxan mübarəzlərin, ölkə maraqlarını bütün digər maraqların fövqündə tutan aydınların qarşısını kəsmək və bu yolla da cəmiyyətdə qorxu, panika və xof hissi yaratmaqdan ibarətdir".

Tarix
2023.03.30 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla