Yuxarı

Unlu qənnadı məmulatların istehsalı dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda marketdə unlu qənnadı məmulatlarının istehsalı məhdudlaşdırılıb.

Bu barədə Axar.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Pirallahı rayonu, M.Əzizbəyov küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən “Laçın” marketdə plandankənar yoxlama keçirilib. Baxış zamanı marketin unlu qənnadı məmulatlarının emalı ilə bağlı qeydiyyatdan keçmədiyi və çıxarışla təmin olunmadığı, emal prosesində texnoloji ardıcıllığın pozulduğu, temperatur rejiminə əməl olunmadığı məlum olub.

Belə ki, emal sahəsində xammalların divar və döşəmədən ara məsafə gözlənilmədən saxlanıldığı, istifadə olunan yağların saxlanma temperaturuna əməl edilmədiyi, soyuducuda yarımfabrikat, ət, toyuq və tərəvəz məhsullarının mal qonşuluğu prinsipinin pozulduğu, yarımfabrikatların və hazırlanan məhsulların üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq markalanmanın aparılmadığı, markalanması aparılmamış 315 ədəd yumurta aşkar edilib. Qida obyektində işçi heyət üçün soyunub-geyinmə sahəsinin, xammalların saxlanılması, alət, avadanlıq və xammalların yuyulması üçün ayrıca sahələrin, yuma çanaqlarının təşkil edilmədiyi, emal sahəsində tavanın tamlığının pozulduğu, divarların qaraldığı, soyuducu kameranın divar səthlərində, döşəmədə, tavan hissəsində korroziya əlamətləri, bəzi xammalların saxlanıldığı rəflərin səthlərinin üzlənməsində hamar, yuyula bilən, korroziyaya davamlı və qeyri-toksik materiallardan istifadə edilmədiyi, qida tullantıları üçün ağzı kip qabların ayrılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı müəyyən olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub. Həmçinin ticarət obyektinin unlu qənnadı məmulatlarının emalı sahəsində istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Tarix
2023.05.15 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qətər əmiri Prezident Əliyevi təbrik etdi

907-ci düzəliş ləğv edilməlidir - Səfir

Bayramov Keniya prezidenti ilə görüşdü

Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...

Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

Pezeşkian Azərbaycana təyin olunan səfirlə görüşdü

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Əliyevlə Tokayev bir-birini təbrik etdi

Bu ölkədə səfirliyimiz açıldı, nazir iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla