Yuxarı

İTV MTRŞ-yə 429 min manatı qaytaracaq – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İTV MTRŞ-yə 429 min manatı qaytaracaq – Rəsmi

Bu gün Bakı Apelyasiya Məhkəməsində İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Axar.az-ın xəbərinə görə, hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən iclasda qərar MTRŞ-nın lehinə çıxarılıb.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Report-un məlumatına görə, İTV-nin apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün televiziya kanallarına dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb. Həmin il MTRŞ İTV-də yayımlanan "Qarabağnamə" çoxseriyalı bədii televiziya filminə 800 min manat vəsait ayırıb. Lakin televiziya filmi yarımçıq dayandırılıb. Bu il MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkətini məhkəməyə verərək həmin film üçün ayrılan vəsaitin 429 min manatının geri qaytarılması barədə tələb irəli sürüb. MTRŞ bu iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə MTRŞ-nın iddiasını təmin edib. Qərarla razılaşmayan şirkət isə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib.

Tarix
2015.12.09 / 18:04
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla