Yuxarı

Rayonlara leysan yağıb, dolu düşüb - Faktiki hava

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rayonlara leysan yağıb, dolu düşüb - Faktiki hava

2023.06.01 - 19:12

İyunun 1-i saat 18:00-a olan məlumata əsasən, Naxçıvan, Ordubad, Daşkəsən, Göygöl, Gədəbəy, Füzuli, Laçın, Zəngilan, Ağdam, Şəki, Quba, Lerik, Yardımlı, Lənkaran, Oğuz, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Axar.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Daşkəsən rayonu ərazisinə saat 16:35 radələrində diametri 9, Zəngilan rayonunun dağlıq ərazilərinə diametri 5-6 mm dolu düşüb.

***

İyunun 1-i saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Göygöl, Gədəbəy, Gəncə, İsmayıllı, Xınalıq, Qusar, Qəbələ, Oğuz, Şəki, Quba, Xaltan, Qrız, Şahdağ, Neftçala, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Oğuz rayonunun Filfilli kəndinə saat 19:30-19:50 radələrində, Qəbələ rayonunun Bulud kəndinə isə saat 19:30-20:20 radələrində diametri 25-30 mm olan dolu düşüb.

Cənub-qərb küləyi arabir Ağdamda 20 m/s, Daşkəsən, İsmayıllıda 18 m/s-dək güclənib.

***

İyunun 1-i saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Daşkəsən, Göygöl, Gədəbəy, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Qax, İsmayıllı, Quba, Xaltan, Qrız, Kürdəmir, Neftçalada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yağan yağışlarla əlaqədar bəzi çaylarda sululuq artıb.

Tarix
2023.06.02 / 00:24
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla