Yuxarı

Eldəniz Elgün ANS-in efirinə qayıtdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eldəniz Elgün ANS-in efirinə qayıtdı

Bu gündən ANS-in məşhur "Nəzər nöqtəsi" proqramı yenidən efirə qayıdır.

Bu barədə Modern.az-a proqramın aparıcı jurnalist Eldəniz Elgün məlumat verib. 17 ildən sonra yenidən canlı efirə qayıdan jurnalist aparıcı olduğu "Nəzər nöqtəsi" haqqında Modern.az-a bunları deyib:

""Nəzər nöqtəsi" həftədə beş gün yayımlanacaq. Yayım müddəti yarım saat olacaq. Budəfəki "Nəzər nöqtəsi"nin özəlliyi ondan ibarətdir ki, analitik təhlillərlə yanaşı, hər verilişdə tamaşaçıları informasiya ilə təmin etməyə çalışacağıq. İstəyirik ki, verilişin informasiya yükü daha çox olsun".

Aparıcı "Nəzər nöqtəsi" vasitəsilə tamaşaçıları siyasi proqramlara maraq göstərməyə çağırıb: "Tamaşaçıları yenidən bu cür siyasi verilişlərə maraq göstərməyə çağırıram. Hesab edirəm ki, "Nəzər nöqtəsi" onların bütün siyasi informasiya maraqlarını tam təmin edə biləcək. Özümüzü jurnalistikada keçmiş məktəbin yetirmələri hesab edirik. Yeni formatda keçmiş jurnalistikaya geri qayıdırıq. Baxsalar, uduzmazlar!".

Qeyd edək ki, "Nəzər nöqtəsi" verilişi saat 20.30-da başlayacaq...

Tarix
2015.12.14 / 10:47
Müəllif
Axar.az
Digər xəbərlər

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla