Yuxarı

Azərbaycanın ən gənc generalı o oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın ən gənc generalı o oldu - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Babək Mürsəl oğlu Ələkbərova “general-mayor” ali hərbi rütbəsi verilib.

Axar.az Sfera.az-a istinadən Babək Ələkbərovun dosyesini təqdim edirik:

Babək Mürsəl oğlu Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Həmin qəsəbədə orta məktəbi bitirib. 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə ləğv edilmiş MTN-in Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub və Sərhəd Qoşunlarının Çevik Hərəkat Qüvvələrində xidmətə başlayıb.

O, 44 günlük Vətən müharibəsində Arazboyu əməliyyatlarında böyük şücaət göstərib.

B.Ələkbərov Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi tərəfindən bir çox orden və medallarla təltif edilib. Eyni zamanda, Ali Baş Komandan tərəfindən ona Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

Bu yaxınlarda B.Ələkbərov DSX-nin Çevik Hərəkət Dəstəsinin (ÇHD) komandanı təyin edilib.

Tarix
2023.08.17 / 21:20
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla