Yuxarı

Xəstəxanaların özəlləşdirilməsi nə vəd edir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəstəxanaların özəlləşdirilməsi nə vəd edir?

Düşünürəm ki, dövlət müəssisələrinin özəlləşdirilməsi vətəndaşlar üçün birmənalı olaraq faydalı olacaq.

Bu sözləri Axar.az-a hüquqşünas Ələsgər Məmmədli deyib.

Onun sözlərinə görə, bu qərar büdcənin üzərində olan izafi xərclərin azalmasına səbəb olacaq:

"Dövlət tibb müəssisələrinin əhəmiyyətli bir hissəsinin özəlləşdirilməsi büdcədə əlavə vergi yığımına səbəb olacaq. Bu təklifə əsasən, daha az xərclə, daha keyfiyyətli fəaliyyət göstərmək mümkündür. Düşünürəm ki, bu, şişirdirilmiş xərclərin maksimum azalmasına səbəb olacaq".

Ekspert dövlət tibb müəssisələrinin özəlləşdirilməsinin mənfi tərəflərindən də danışıb:

"Dövlət tibb müəssisələrinin özəlləşdirilməsi zamanı monopoliyanın yaranmasına diqqət etmək lazımdır. Əgər belə olarsa, bu, böyük fəsadlar yarada bilər. Bunun yaranmaması üçün özəl tibb müəssisələrinə vahid qiymət tərtib etmək lazımdır".

Xatırladaq ki, Azərbaycan Respublikası baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov Trend-ə müsahibəsində ölkədə dövlət tibb müəssisələrinin əhəmiyyətli bir hissəsinin özəlləşdirilə biləcəyini deyib.

Tarix
2016.01.05 / 08:30
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla