Yuxarı

Azərbaycanın tanınmış alimi vəfat etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın tanınmış alimi vəfat etdi

Azərbaycan Texniki Universitetinin (ATU) professoru, Prezident təqaüdçüsü Ayaz Kəngərli vəfat edib.

Report-un xəbərinə görə, A.Kəngərli universitetin Maşın və mexanizmlər nəzəriyyəsi kafedrasında çalışıb.

Qeyd edək ki, A.Kəngərli 1930-cu ildə Naxçıvan şəhərində anadan olub. 1947-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi qızıl medalla, 1952-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini fərqlənmə diplomu ilə bitirib, avtomobil üzrə mühəndis-mexanik ixtisası alıb.

1952-1956-cı illərdə Azərbaycan Respublikası Avtonəqliyyat Nazirliyinin avtomobil bazalarında işləyib.

1957-ci ilin fevral ayında Azərbaycan Politexnik İnstitutu Maşın detalları kafedrasının assistenti vəzifəsinə qəbul edilib, 1960-cı ildə həmin kafedranın baş müəllimi, 1970-ci ildən dosenti, 1990-cı ildə Maşın və mexanizmlər kafedrasının professoru seçilib.

A.Kəngərli 1969-cu ildə neft maşınlarının dinamikasına aid namizədlik dissertasiyası müdafiə edib, 1972-ci ildə dosent, 1990-cı ildə professor elmi adını alıb.

A.Kəngərli Maşın və mexanizmlər nəzəriyyəsi kafedrasının yara­dıcısıdır, 1970-1982 və 2003-2013-cü illərdə ona rəhbərlik edib. Həmin illərdə kafedranın laboratoriya bazası yaradılıb, kurs layihələrinin mövzuları və yerinə yetirilmə qaydaları müasir səviyyəyə yüksəldilib.

1978-1983-cü illərdə Avtonəqliyyat fakültəsinin dekanı, 1994-1999-cu illərdə Universitetin prorektoru vəzifələrində işləyib.

102 elmi, metodik və tədris əsərlərinin, o cümlədən 2 dərsliyin, 1 dərs, çoxlu sayda metodik vəsaitin, iki ixtiranın müəllifidir. Onun hazırladığı çoxlu sayda işləyən mexanizmlərin animasiyaları "maşın və mexanizmlər nəzəriyyəsi" fənnindən aparılan mühazirələrdə istifadə olunur. A.Kəngərlinin rəhbərliyi ilə 3 aspirant texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya yazıb müdafiə ediblər.

O, respublika, ümumittifaq və beynəlxalq konfranslar və müşavirələrdə çıxışlar edib.

Tarix
2016.01.13 / 11:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla