Yuxarı

Braziliya səfiri ADU-nun qonağı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Braziliya səfiri ADU-nun qonağı oldu

Oktyabrın 30-da Braziliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Azərbaycan Dillər Universitetinin (ADU) "Səfir saatı" layihəsinin qonağı olub.

Axar.az xəbər verir ki, universitetin rektoru, akademik Kamal Abdulla səfiri universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, ADU tələbələri portuqal dilinə böyük maraq göstərir və müəllimlər tələbələrə portuqal dilinin sirlərini dərindən öyrədirlər. Portuqal dilinin öyrənilməsi Braziliya mədəniyyətinin, ədəbiyyatının, tarixinin təbliği deməkdir:

“Biz çox istərdik ki, Braziliyada da Azərbaycan mədəniyyəti, dili təbliğ olunsun. Bunun üçün bizim əlaqə qurduğumuz universitetdə Azərbaycan dili ilə bağlı təbliğat işlərinin görülməsi vacib məsələlərdən biridir.

Qarşılıqlı müəllim-tələbə mübadiləsi bizə yeni elmi imkanların əldə olunması üçün əlverişli şərait yaradacaq. İnanıram ki, bu istiqamətdə də uğurlu nəticələri əldə edə biləcəyik”.

Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən səfir ADU ilə elmi əməkdaşlığın perspektivlərindən danışıb. Bu təhsil ocağında portuqal dilinin tədrisini yüksək qiymətləndirən diplomat "Səfir saatı" layihəsində tələbələrlə görüşdən xoş təəssüratla ayrıldığını deyib.

Qeyd olunub ki, ölkələrimiz arasında dostluq və tərfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bu inkişaf özünü elmi, mədəni sahələrdə də göstərməkdədir.

Görüşdə gələcək elmi əməkdaşlığın yeni imkanları, mədəni tərəfdaşlığın yeni perspektivləri müzakirə olunub.

Tarix
2023.10.31 / 02:20
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla