Yuxarı

Ödənişli yoldan insanlar niyə istifadə etmir? – Vahid Əhmədov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ödənişli yoldan insanlar niyə istifadə etmir? – Vahid Əhmədov

Ödənişli yolda tariflərə yenidən baxılması zəruridir, bu tariflər endirilməlidiir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Vahid Əhmədov deyib.

O bildirib ki, azı 2-3 dəfə rayonda olub, amma ödənişli yolda şəxsi minik avtomobillərini görməyib:

“Ancaq beynəlxalq yükdaşıyan maşınlar o yoldan istifadə edir”.

Deputat hökumətdən xahiş edib ki, müharibə veteranları üçün 80 manat müavinət məbləğinə yenidən baxılsın və hərbçilərin xidmət stajının 20 ildən 25 ilə qaldırılması ilə əlaqədar qərar yalnız qanun qəbul ediləndən sonrakı şəxslərə şamil edilsin.

Deputat eyni zamanda dövlət şirkətlərinin tədricən özəlləşdirilməsinin həyata keçirilməli olduğunu diqqətə çatdırıb:

“Həmin şirkətlərə dövlət büdcəsindən vəsaitin azaldılmasına və gələcəkdə özünü maliyyələşdirməsinə nail olunmalıdır. Belə şirkətlər kifayət qədər çoxdur”.

Tarix
2023.11.14 / 13:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlkin nəticələr açıqlandı: Orban uduzdu

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla