Yuxarı

Nazirliyin daha bir vəzifəli şəxsi həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirliyin daha bir vəzifəli şəxsi həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin daha bir vəzifəli şəxsi saxlanılıb.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı xidmətin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin (1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi) direktoru Amil Abdullayev saxlanılıb və həbs edilib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin (8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi) direktoru Rəşad Mahmudovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Hər iki şəxs saxlanılıb.

Tarix
2023.11.20 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla